"Bu Ramazan bayramıdır, şəkər yox". 

Unikal.org xəbər verir ki, bu sözləri sosial şəbəkədə Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş səsləndirib. O vurğulayıb ki, şəkər bayramı deyilən bir gün yoxdur,: "Bu Ramazan Bayramıdır. Uşaqlara şəkər verildiyi üçün bayramın adı şəkər bayramı olmaz. Bu bir ibadətdir. Bu Ramazanın adına bir az yüngüllük gətirir. İnsanlar bu günü başqa adlarla bağlamaqdan imtina etməlidirlər".

"Ramazan bayramına görə, türkiyədə hər kəs tətil edir. Bayramı tətil gözündə görməyin. Bu günləri ancaq ibadətlə məşğul olun. Böyüklərinizin, sevdiklərinizi ziyarət edin.  Yetimlərin, qəriblərin, kimsəsizlərin yanında olun. Gününüzə rəng qatın".