25 İyun 2019
24 İyun 2019
“Unikal” qəzeti və “Unikal.org” xəbər portalının 9 yaşı tamam oldu
“Unikal” qəzeti və “Unikal.org” xəbər portalının9 yaşı tamam oldu KİVDF 10:38 2019-06-06

Bu gün “Unikal” qəzeti və “Unikal.org” xəbər portalının fəaliyyətə başlamasının 9 ili tamam olur. 

Belə ki, bu media qurumları ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gəlib.

Artıq beş ildən çoxdur ki, “Unikal” qəzeti Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyələşir və layihə icra edir.

Uzun illər gündəlik olaraq nəşr olunan, artıq həftəlik 24 səhifə ilə çap olunan qəzet və “Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Artıq ölkə gündəmini müəyyənləşdirən, ictimai rəyə təsir edən hər iki media qurumu ölkə KİV-inin ön sıralarında yer alıb. Xüsusi qeyd edə bilərik ki, hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir.
“Unikal” qəzeti və “Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

Onu da qeyd edtmək lazımdır ki, Unikal.org xəbər portalının gündəlik oxucu auditoriyası 50-60 min civarındadır. Portalın sosial şəbəkələrdəki aktivliyi də yüksək səviyyədədir. Belə ki, portalın facebookda 140 minlik səhifəsi, 350 minlik qrupu, İnstagramda 120 minlik hesabı fəaliyyət göstərir.

“Unikal”ın kollektivinin əsas devizi özəl, operativ, tərəfsiz xəbər istehsal etmək, 24/7 oxucuların xidmətində olmaqdır.