Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən  Unikal.org-a verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.

İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.