Türkiyənin Kocaeli vilayətində tekstil fabriki yanıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğın, yerli vaxtla saat 09.50 radələrində Kocaelinin Çayırova mahalının Respublika Məhəlləsi Yelkən Küçə üzərindəki bir fabrikdə meydana gəlib. Küləyin da təsiriylə qısa müddətdə böyüyən alovlar 45 dəqiqə ərzində fabriki külə döndərib. 

Hadisə yerinə çox sayda xilasetmə qrupları sövq edilib.