“Azərbaycanın NATO ilə əməkdaşlığı Əfqanıstandakı sülhyaratma missiyalarına və tranzit daşımalarına əhəmiyyətli töhfə verir”  

Unikal.org xəbər verir ki, bunu  AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert Berlin şəhərində 28 May – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi ilə əlaqədər keçirilən tədbirdə çıxışı zamanı deyib. O, qeyd edib ki, Almaniya və Azərbaycan arasında bütün sahələrdə dinamik münasibətlər mövcuddur: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas iqtisadi tərəfdaşıdır və Avropanın enerji təhlükəsziliyinə böyük töhfə verir. 
Ölkələrimiz arasında eyni zamanda mədəniyyət və təhsil sahəsində sıx əməkdaşlıq mövcuddur. Bunun bariz nümunəsi kimi Göte İnstitutunun Bakı filialının təsis ediliyini, bu institutun insanları və mədəniyyətləri bir araya gətirdiyini, bununla da ölkələr arasıdakı münasibətlərə töhfə verdiyini qeyd edə bilərik. Ümid edirəm ki, tez bir zamanda Almaniyada Azərbaycan mədəniyyət evi də açılacaq. Azərbaycanda alman dili intensiv şəkildə öyrənilir və Azərbaycandan Almaniyada 1000-dən çox tələbə təhsil alır. Mən ümid edirəm ki,  Azərbacyan və Almaniya arasında mədəniyyət sahəsində saziş və Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməmkdaşlıq sazişi tezliklə imzalanacaq”. 
Daha sonra M.Zibert Almaniya Azərbaycan əməkdaşlığının digər aspektlərinə toxunaraq, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onun 80-dən çox diplomatının AFR XİN-in diplomatik akademiyasında təlim keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Həsən Babayev
Berlin şəhəri