Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanı tapıblar.

Unikal.org xəbər verir ki, bu barədə AZXEBER.COM-a azyaşlının bibisi Validə xanım məlumat verib. Onun dediyinə görə, Zəhranın atası hazırda uşağın yanındadır və o evə gətirilir. Ailəsi polis əməkdaşlarına təşəkkür edib. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhranın itməsi ilə bağlı məlumat paylaşılmışdı.