Sumqayıt şəhərində güclü yanğın olub. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, şəhərdə ümumi sahəsi 2000 m² olan ikimərtəbəli tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 800 m² sahədə və dam örtüyü 400 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.