Bərdə rayon sakinindən tapança götürülüb.

Unikal.org Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Gəncə şəhəri ərazisində əməliyyat keçirib. 

Nəticədə Bərdə rayon sakini Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.