İki gün əvvəl itkin düşmüş və bu gün tapılmış 3 yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib. Uşaq yaşadığı evə gətirilib.

Unikal.org-un  məlumatına görə, Zəhra Bağırzadəni oğurlayan qadın da tutulub.

Həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır. 

Faktla bağlı araşdırma davam etdirilir. 

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb və uşaq bu gün tapılıb.