Ağstafa rayonunda yerli sakini çaqqal dişləyib.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə 39 yaşlı Poylu kənd sakini G.İsmayılova həyətdə olan zaman baş verib.

Müxtəlif bədən xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.