Gəncə şəhərində yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində Hikmət Abbaslının idarə etdiyi "Mercedes" markalı avtomobillə Vüsal Mamedovun idarəsindəki "Zaporojets" markalı avtomobil toqquşub. Hadisə  nəticəsində 9 aylıq və 7 yaşlı uşaqlar xəsarət alıb.

2012-ci il təvəllüdlü Həsənov Hüseyn Qədir oğlu və 2018-ci il təvəllüdlü Mamedova Şahnaz Vüsal qızı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.