21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Unikal.org xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Eşen şəhərindəki “Sportpark Eşen Mauren” stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayan oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edib.

Oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.

Qarşılaşmanın taleyini isə matçın əvvəlində meydan sahiblərinin penaltidən vurduğu yeganə qol həll edib.

Avropa çempionatının seçmə mərhələsi

6 iyun

Lixtenşteyn U-21 – Azərbaycan U-21 1:0
Qol: 
Noa Frik, 10-pen.