İtaliyanın “Fiorentina” klubunun sahibi dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Florensiya təmsilçisi amerikalı iş adamı Rokko Kommissoya satılıb. Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Komisso “Fiorentina”nın səhmlərini Della Valle ailəsindən alıb.

İtaliya mətbuatının iddiasına görə, ABŞ-ın “Mediacon” televiziya şirkətinin və “Nyu-York Kosmos” klubunun sahibi olan 69 yaşlı Komisso, “Fiorentina”nın səhmləri üçün Della Valle ailəsinə 160 milyon avro ödəyib.