Ukraynanın paytaxtı Kiyevdə göyərtəsində üç nəfərin olduğu təyyarə yoxa çıxıb.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin vilayət idarəsinin mətbuat katibi Viktoriya Ruban məlumat yayıb.

Məlumata görə, təyyarə “Çayka” hava klubuna məxsusdur. Hadisənin detalları araşdırılır.

Bəzi məlumatlara görə təyyarə Jitomir şossesində “Svyatoşin” idman bazasının yaxınlığında qəzaya uğrayıb.