“Qarabağ” klubu Miçellə yeni müqavilə bağlayıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək. 

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub. Futbolçu 4 dəfə Topaz Premyer Liqası, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.