Türkiyənin təhlükəsizliyi hər şeydən üstündür. 

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İğdır vilayətində Türkiyə-Ermənistan sərhədində yoxlamalar zamanı deyib.

Nazir bildirib ki, öz sərhədlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Türkiyə hər şeyi etməyə hazırdır:

"Türkiyənin sərhədləri xalqın şərəfidir".

Hulusi Akar həmçinin İran və Naxçıvan Muxtar Respublikası ilə sərhəddəki hərbi hissələrə baş çəkib.