19 Avqust 2019
Paytaxtda hündürmərtəbəli binada yanğın - VİDEO
Paytaxtda hündürmərtəbəli binada yanğın- VİDEO DÜNYA 10:45 2019-06-08

Polşanın paytaxtı Varşavanın mərkəzindəki göydələnlərin birində yanğın baş verib

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, alov binanın əsasən yuxarı mərtəbələrini əhatə edib. Əraziyə xilasetmə qüvvələri, yanğınsöndürənlər təhkim olunub. Mətbuat xidmətinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə nəzarəti gücləndirib. Sakinlər həmin ərazidən uzaqlaşdırılıb. 

Yanğının səbəbləri və xəsarət halları ilə bağlı hələlik heç bir məlumat yoxdur.