Paytaxtın Nəsimi rayonunda vətəndaşların etimadından istifadə edərək onlara qarşı dələduzluq əməli törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 6-da  Neftçala rayon sakini E.Abdullayevi aldadıb pul və sənədini almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Qəniyev saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun K.Əlizadəyə, İ.Hüseynzadəyə və R.Qasımlıya qarşı dələduzluq etməsi də müəyyən edilib.