Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, iyunun 7-də saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəsul Abbasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.