Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə qadın üstündə olub.

Belə ki, sevdiyi qadına görə kənd sakini digər həmkəndlisini bıçaqlayıb. Rayonun Malbinəsi kəndində baş verən ağır cinayət hadisəsi kənd orta məktəbinin yaxınlığında baş verib. 

Mübahisə və münaqişə zamnində gənc kənd sakini Həsən Ələsgər oğlu Cəfərov həmkəndlisi 1996-cı il təvəllüdlü Emin Məmmədova çoxsaylı bıçaq zərbələri vuraraq ona ağır bədən xəsarətləri yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisənin ilkin təfərrüatları məlum olub. Əldə edilən məlumata görə, Həsən Cəfərov uzun müddət ailəsindən ayrılmış bir xanımla yaxın münasibətdə olub. Həmyaşıd olduğu həmkəndlisinin sevgilisinə pis niyyəti haqqında xəbər tutaraq onu mübahisə zəmnində bıçaqlayıb. 

Qeyd edək ki, xəsarət alan həmkəndliləri tərəfindən mənfi əxlaqi keyfiyyətlərə malik şəxs kimi xarakterizə edilir. 

Faktla bağlı araşdırma aparır.