21 Sentyabr 2019
20 Sentyabr 2019
Məşhur futbolçunun mənzili qarət olundu - FOTO
Məşhur futbolçunun mənzili qarət olundu -FOTO İDMAN 10:21 2019-06-09

Futbol üzrə İspaniya yığmasının oyunçusu Alvaro Moratanın mənzili qarət edilib

Unikal.org 
xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Qeyd edilir ki, hadisə futbolçu AVRO-2020-nin seçmə mərhələsində keçirilən matçda olan zaman baş verib.

Belə ki, silahlı cinayətkarlar idmançının evinə soxulublar.

Qarətçilər evdən bahalı əşyalar oğurlayıblar.

Məlumatda bildirilir ki, futbolçunun xanımı və övladları hadisə zamanı evdə olublar. Lakin onlardan heç kim zərər çəkməyib.