Rusiya Prezidenti Vladimir Putinlə "Прямая линия" ("Birbaşa xətt") proqramı iyunun 20-də baş tutacaq.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Putin iyunun 20-si saat 12.00-da "Birinci kanal", "Rossiya 1", "Rossiya 24", NTV, ORT, "Mir" telekanalları, "Rusiya Radiosu", "Mayak" və "Vesti FM" radiolarının canlı efirində vətəndaşların suallarını cavablandıracaq.