Türkiyənin futbol üzrə milli komandası Avro2020-nin seçmə mərhələsində Fransanı 2-0 məğlub etdikdən sonra İslandiyaya yola düşüb. Milli Reykyavik yaxınlığındakı Keblavik hava limanında 3 saata yaxın gözlədilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Emre Belözoğlunu davaya təhrik etmək üçün müxbir kimi özünü göstərən biri futbolçuya mikrafon əvəzinə tualet fırçası uzadıb. Bu da İslandiya mətbuatının gündəminə düşüb.  Sözügedən hadisə Emre Belözoğlu və Burak Yılmaz hava limanında pasporta görə uzun müddət gözlədilməsinə sərt reaksiya verməsi zamanı baş verib. Tualet fırçası mikrafon kimi Emre Belezoğlun uzada şəxsin azarkeş olduğu ortaya çıxıb.