26 Avqust 2019
25 Avqust 2019
Qazaxıstanın yeni prezidenti bu tarixdə and içəcək
Qazaxıstanın yeni prezidenti bu tarixdə  and içəcək DÜNYA 19:10 2019-06-10

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım Jomart Tokayevin andiçmə mərasimi iyunun 12-də keçiriləcək. 

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə K.Jomart Tokayev keçirdiyi mətbuat konfransında məlumat verib.

“Əgər Mərkəzi Seçki Komissiyası səslərin hesablanmasını başa çatdıra bilsə, andiçmə mərasimi iyunun 12-də baş tutacaq. İyunun 14-də mən Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyəm. Qazaxıstan prezidentinin orada tam səlahiyyətli şəkildə iştirak etməsi arzuolunandır”, - deyə Tokayev qeyd edib. 

Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Nəticədə Tokayev 70,76 faiz səs çoxluğu ilə qalib gəlib.