Bakıda usta hündürlükdən yıxılıb ölüb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Abşeron rayonu, Digah qəsəbə sakini Hacıyev Rasim Əşrəf oğlu Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi 30 saylı ünvanda fərdi yaşayış evinin tikintisi ilə məşğul olarkən halı pisləşib və hündürlükdən yıxılıb.

R.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.