23 Avqust 2019
22 Avqust 2019
Azərbaycanlı "Aurus" avtomobil şirkətinin rəhbəri TƏYİN OLUNDU
Azərbaycanlı "Aurus" avtomobil şirkətinin rəhbəriTƏYİN OLUNDU DÜNYA 21:57 2019-06-10

"UAZ" və "Ford Sollers" birgə müəssisəsinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatında bildirilir.O, iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib. Qeyd edilir ki, H.Hilqert 2018-ci ildən şirkətə başçılıq edib.

Qeyd edək ki, Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb. Belə ki, Adil Şirinov mayın 23-də “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun baş direktoru təyin olunub.


  • Azərbaycanlı "Aurus" avtomobil şirkətinin rəhbəriTƏYİN OLUNDU