21 Sentyabr 2019
20 Sentyabr 2019
ABŞ-da vertolyot göydələnə çırpıldı - Pilot öldü (VİDEO)
ABŞ-da vertolyot göydələnə çırpıldı -Pilot öldü (VİDEO) DÜNYA 23:48 2019-06-10

ABŞ-ın Nyu York şəhərində vertolyot qəzası nəticəsində pilot həlak olub. 

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, vertolyot 54 mərtəbəli Manhattan göydələninin damına dəyib. Nəticədə pilotu həlak olub.
Rəsmi məlumatlara görə, pilotdan başqa vertalyotda heç kəs olmayıb. 
Qəzaya uğrayan vertolyot alovlansa da, yanğın hadisə yerinə - "yeddinci avenyu, 787" ünvanına gələn yanğınsöndürmə briqadası tərəfindən dərhal söndürülüb.
Qeyd edilib ki, bina, eləcə də oradakı sakinlərdən ciddi xəsarət alan olmayıb.