Bakıda çimərlikdə boğulmaq təhlükəsi ilə üz-üzə qalan 4 nəfər xilas edildi.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, dünən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şıxov, Nardaran sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.