Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə  Qorağan-Qax avtomobil yolunun 11-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağayev Aqşin Xəlilağa oğlu idarə etdiyi  "Cherry" markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobili idarətetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobil yanıb.

Qəza zamanı 4 nəfər xəsarət alıb.