23 Avqust 2019
Sabah Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri görüşəcək
Sabah Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri görüşəcək SİYASƏT 10:42 2019-06-11

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Unikal.org xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.