21 Sentyabr 2019
20 Sentyabr 2019
Bakıda “TransCaspian/Translogistica 2019” və “Road & Traffic 2019” sərgiləri keçirilir
Bakıda “TransCaspian/Translogistica 2019” və “Road & Traffic 2019” sərgiləri keçirilir İQTİSADİYYAT 11:03 2019-06-11

Bu gün Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi (“TransCaspian/Translogistica 2019”) və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi (“Road & Traffic 2019”) işə başlayıb.

Unikal.org xəbər verir ki, sərgiləri giriş sözü ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıb.

Nazir bildirib ki, son illər ölkədə nəqliyyat sektorunun inkişafına böyük önəm verilir, bunun üçün regional layihələr həyata keçirilir.

Azərbaycanda qəbul edilmiş dövlət proqramlarına uyğun, müasir və funksional nəqliyyat sistemi formalaşdırılır. Ümumilikdə aparılan siyasətin əsasını sağlam rəqabət mühitinin yaradılması təşkil edir”, - deyə R.Quluzadə qeyd edib.

Bakıda keçirilən 2 sərgi 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib. Belə ki, sərgilərdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus və digər ölkələri təmsil edən şirkətlər məhsul və xidmətlərini (yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi, yol hərəkətinin təhlükəsizliyi, yolların nişanlanması və işıqlandırılması üçün avadanlıqlar, proqram təminatları və s.) təqdim edirlər. “Azərbaycan Dəmir Yolları”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lər, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də iştiraçılar arasındadır.

Beləliklə, “TransCaspian/Translogistica 2019”) və “Road & Traffic 2019” sərgiləri xarici şirkətlərə yerli bazarla əlaqə yaratmaq, Azərbaycan şirkətlərinə dünya bazarına çıxmaq, yeni tərəfdaşlar və dilerlər tapmaq, həmçinin mövcud layihələri genişləndirmək üçün imkanlar yaradır. Sərgiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarasi Komissiyasinin Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstəkləyir.

Sözügedən tədbirlər çərçivəsində bu gün Bakıda “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans da keçiriləcək.