Mahaçqalada dəniz ticarəti limanında tankerlərdən birində güclü partlayış baş verib.

Unikal.org RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə zamanı 3 nəfər ölüb.

Səhər saat 4 radələrində baş vermiş insident nəticəsində 2 nəfərin xəsarət aldığı, daha 3 nəfərin itkin düşdüyü bildirilir. Son məlumata görə, itkin düşənlərdən 3-nün də meyiti tapılıb.

Partlayışdan sonra tankerdə yanğın başlayıb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hazırda tankerdə qəzadan sonra neft məhsullarının axması halının olmadığı qeyd edilir.