16 İyun 2019
Prezident Georgi Tseretelini qəbul etdi - YENİLƏNİB
Prezident Georgi Tseretelini qəbul etdi- YENİLƏNİB SİYASƏT 14:01 2019-06-11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulanıb, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirilib.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 12 :10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.