Bu günədək Birləşmiş Ərəb Əmirliklərinin incəsənət muzeyinin işçiləri Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (Salvator Mundi) əsərinin harada yerləşdiyindən xəbərsiz olduqlarını bildirirdilər.

Unikal.org azertac-a istinadən xəbər verir ki, dahi itlaynan rəssamın ən bahalı əsərlərindən biri tapılıb.

İyunun 11-də bir çox xarici KİV-də şedevr əsərin harada yerləşdiyi barədə məlumat yayılıb. Məlumata görə, əsərin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Saudun şəxsi yaxtasında olduğu üzə çıxıb.

Leonardo da Vincinin 1500-cü illərdə çəkdiyi Salvator Mundi adlı tablo 2017-cü ilin noyabrında 450 milyon 300 min dollara Badr bin Abdullah Al Saud tərəfindən satın alınmışdı. O vaxtdan bəri dünyanın ən bahalı rəsm əsərinin harada olduğu bilinmirdi.