18 Avqust 2019
17 Avqust 2019
Qayınatasının evinin qarşısında intihar edən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Qayınatasının evinin qarşısında intihar edən şəxslə bağlıRƏSMİ AÇIQLAMA KRİMİNAL 15:06 2019-06-11

İsmayıllı rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanmışdır. 

İsmayıllı rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlərin ifadələri alınmış və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir. 
İlkin istintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd etmiş, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat etmişdir.
İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihar etdiyini bildirmişlər.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.