İmişli rayonunda 36 yaşlı kişini ilan sancıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Rafiq Telman oğlu Əsgərovu taxıl biçini zamanı ilan sancıb. Zərərçəkən yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona zərdab vurulub.