16 İyun 2019
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Buraxılış imtahanlarının nəticələri açıqlandı CƏMİYYƏT 16:54 2019-06-11

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.

DİM-dən Unikal.org-a verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 40234 şagirddən 788 nəfəri imtahana gəlməyib. 8 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.