14 Oktyabr 2019
13 Oktyabr 2019
Çexiya Xorvatiyadan bir xal aldı
Çexiya Xorvatiyadan bir xal aldı İDMAN 23:16 2016-06-17

 
Futbol üzrə Avropa çempionatı çərçivəsində "D" qrupunda növbəti turun oyunu keçirilib.
Unikal.org xəbər verir ki, bu dəfə yaşıl meydanda Xorvatiya Çexiya yığmaları üz-üzə gılib. Xorvatların üstünlüyü şəraitində keçən oyunda hesab 37-ci dəqiqədə açılıb. İvan Perisicin vurduğu qolla komandası qələbəyə ümidlənib. Matçın 59-cu dəqiqəsində Xorvatiya hesabı 2:0-a çatdırıb. Bu dəfə İvan Rakitiç fərqlənib.
Lakin Çexiya millisi bu hesabla barışmayıb. Oyunun 76-cı dəqiqəsində Milan Skoda vurduğu qolla hesab arasındakı fərqi 1 topa endirib. Matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə isə Tomas Necidin penaldan vurduğu qol ilə oyunda bərabərlik yaradıblar.  Beləliklə, komandaların hər ikisi meydanı 1 xalla tərk edib.