Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan Unikal.org-a verilən məlumatda qeyd olunur ki, iyunun 11-də Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata görə saat 16:40 radələrində Zığ yolunda təxliyə avtomobili 104 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 dövlət nömrə nişanlı avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.