Kürdəmir rayonunda iki yaşlı körpəni it dişləyib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2017-ci il təvəllüdlü Paşa Şirvan oğlu Mustafayevi it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.