Sumqayıt şəhərinin Corat qəsəbəsində küçələrdən birində kişi meyiti tapılıb. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, əraziyə baxış keçirilib və ölən şəxsin 1973-cü il təvəllüdlü Fətəliyev Rasim Gülmalı oğlu olduğu müəyyən edilib.

R. Fətəliyevin narkoman olduğu bildirilir və onun narkotik vasitədən öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.