AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində keçirilən Azərbaycan - Slovakiya görüşündə birinci hissə başa çatıb.

Unikal.org xəbər verir ki, Bakıda keçirilən matçda yenə qonaqlar qol 4-cü qol vuraraq sevinc yaşayıblar. Slovakiyalıların kapitanı Marek Hamşik komandamızı mərkəzə dəvət edib. 

***

Saat. 20:30
AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində keçirilən Azərbaycan - Slovakiya görüşdə millimiz hesab arasındakı fərqi azaldıb. 
Unikal.org xəbər verir ki, Bakıda keçirilən matçda komandamızın heyətində Ramil Şeydayev dəqiq zərbə vurub. 

***

Saat. 20:28

AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində keçirilən Azərbaycan - Slovakiya görüşdə qonaqlar hesabı artırıblar. 
Unikal.org xəbər verir ki, Bakıda keçirilən matçda qonaqların futbolçusu Yuray Kuçka cərimə zərbəsindən fərqlənib - 2:0. 

***

Saat. 20:08

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Slovakiya ilə görüşdə hesabda geri düşüb. 
Unikal.org xəbər verir ki, Bakıda keçirilən matçda yığmamızın qapısına Stanislav Lobotka yol tapıb - 0:1. 

***

Saat. 20:00

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyun günü start götürüb.

Unikal.org xəbər verir ki, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız Slovakiyanı qəbul edir. Bu, komandamızın cari tsikldə üçüncü görüşüdür.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri ilk xalını slovaklardan almağa çalışacaq. Komandamız bu seçmə mərhələdə ikinci ev oyununda da azarkeşlərini üzməmək üçün məğlub olmamalıdır.

Millimiz 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk qələbəsi olacaq. Qələbə həmçinin yığmamızın sonuncu pillədən qurtulması üçün kifayət edəcək.

Matç yığmamızın tarixində 250-ci oyunu olacaq. Bunadək 249 dəfə meydana çıxan komandamız yubileydə uğur qazanmaq əzmindədir.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.