Göyçay rayonunun Mirzəhüseynli kəndində vətəndaşa məxsus 10 hektar biçilməmiş taxıl sahəsinin 1,5 hektarı yanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə yerinə FHN-in Ağdaş və Göyçay rayonları üzrə yanğın mühafizə hissələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.