26 İyun 2019
25 İyun 2019
Mingəçevir sakini traktorun qoşqusundan yıxıldı
Mingəçevir sakini traktorun qoşqusundan yıxıldı HADİSƏ 22:31 2019-06-11

Mingəçevirdə traktorun yük yerindən yıxılan şəxs ağır xəsarət alıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində traktorla ot daşınan zaman baş verib.

Belə ki, traktorun qoşqusundakı otun üstündə oturan 1979-cu il təvəllüdlü şəhər sakini Anar Dərqani müvazinətini itirərək yerə yıxılıb. Çoxsaylı bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. İlkin müayinələr zamanı onun bir neçə qabırğasının sındığı və bel fəqərəsinin ciddi zərər gördüyü müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.