"Belə nəticədən sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar". 

Unikal.org xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsində "Bakcell Arena"da Slovakiyanı qəbul edən yığmamız böyük hesabla (1:5) məğlub olub. Matçdan sonra baş tutan mətbuat konfransında xorvatiyalı çalışdırıcı bildirib ki, oyuna yaxşı başlasalar da ardını gətirə bilməyiblər: "Bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil".