26 İyun 2019
25 İyun 2019
Kürdəmirdə piyadanı maşın vurdu
Kürdəmirdə piyadanı maşın vurdu HADİSƏ 00:11 2019-06-12

Kürdəmir rayonunun Şıxımlı kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü yerli sakin Məmmədov Vidadi Ağamməd oğlu yolu keçmək istəyən zaman "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.