Gecə saatlarında Sabail rayonu Bibiheybət qəsəbəsində yüksək sürətlə hərəkət edən avtomobil SOCAR-ın yanacaqdoldurma məntəqəsinin lövhəsinə çırpılıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində  "BMW" markalı maşın alışıb yanıb:

Avtomobildə olan bir nəfər dünyasını dəyişib, digəri isə 1990-ci il təvəllüdlü İsgəndərov Kamran İlqar oğlu kəllə beyin travması ilə 1 saylı Kiliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.