Şəkidə ruhi xəstə itkin düşüb.

Unikal.org-un məlumatına görə, Rusiya vətəndaşı Rizvan Həsənov Şəki rayon Polis Şöbəsinə müraciət edərək, qardaşı 1974-cü il təvəllüdlü, Şəki Psixiatriya Xəstəxanasında “Paranoid şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatda olmaqla rayonun Orta Zəyzid kəndində yaşayan Mehman Həsənov iyunun 9-da yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.