AKP-nin İstanbul üzrə namizədi  Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırım onu sosial şəbəkələrdə təhqir edən insanlarla bağlı açıqlama verib.
Unikal.org
xəbər verir ki, Habertürk muxbirinin suallarını cavablandıran Semiha Yıldırım sosial şəbəkələrdə onu təhqir edən insanlara görə, depresiyaya düşdüyünü də deyib:

“Məni çox günahlandırdılar, çox təhqir etdilər. Üç gün mobil telefonumu da, evin telefonunu da açmadım. Hər kəs "Niyə belə etdin, nə oldu?" deyə soruşdu. Mən dedim ki, "heç nə yox". Mən heç bir şey etmədim. Heç bir günahım yox ikən çox üzdülər məni”.

Semiha Yıldırım sosial şəbəkələrdə onu təhqir edənlərə cavab verdiyinə görə, CHP-nin namizədi Ekrem İmamoğlunun arvadı Dilek İmamoğluya da təşəkkür edib:

“Həqiqətən çox təşəkkür edirəm. Duyğusuna, düşüncəsinə hörmət edirəm. Təbii ki, haqq etmədiyimiz bir hadisə ilə qarşı-qarşıya qalınca kədərlənirik. Bunun üçün mətbuatdan bir az uzaq dayanıram".
Qeyd edək ki, Ekrem İmamoğlunun arvadı Dilek İmamoğlu sosial şəbəkələrdə Semiha Yıldırımı təhqir edənlərə belə cavab verib: “Mən xanım Semiha Yıldırımın fotoşəkilinə baxanda öz anamı, öz bacımı görürəm. Onu təhqir edənləri pisləyirəm”.