Şəmkirdə iki qardaş bıçaqlanıb, biri dünyasını dəyişib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, Kür qəsəbə sakinləri arasında baş verən dava zamanı Mahir və Zaur Abbasov qardaşları bıçaqlanıb.
Onlardan Mahir Abbasov xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Zaur Abbasov isə qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən Z. Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir.
İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə yerindən qaçan S. Əliyevin saxlanılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.